23 dekabr 2012 01:23
Slavço Georgiyevski Neftçiyə qarşı oynaya bilməyəcək
“Neftçi” ilə iki dəfə Azərbaycan çempionu adını qazanmış Slavço Georgiyevski keçmiş komandasına qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, hazırda “İnter”in şərəfini qoruyan makedoniyalı yarımmüdafiəçi Topaz Premyer Liqasının 18-ci turunun “Bakı” ilə oyununda növbəti sarı vərəqəsini aldığından, cəzalı duruma düşüb:
“Bilirdim ki, sarı vərəqə alsam, “Neftçi”yə qarşı oynaya bilməyəcəm. Hakim də bu oyunda mənə sarı vərəqə göstərdi. Bu üzdən qarşıdakı görüşü buraxmalı olacağam. Çox təəssüf ki, belə bir qarşılaşmada forma geyə bilməyəcəm”.