23 dekabr 2012 02:17
Fenerbahçe baş məşqçisiz qaldı
Türkiyənin "Fenerbahçe" klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırıcısı Aykut Kocaman istefa verib.
Bu, Türkiyə Super Liqasının sonuncu turu çərçivəsində keçirilən "Karabükspor"la ev oyunundan sonra baş verib. Belə ki, doğma meydanda rəqibinə 1:3 hesabı ilə uduzan "Fenerbahçe"nin baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Kocaman 3 ay öncə də istefa vermişdi. Lakin həmin vaxt klubun prezidenti Əziz Yıldırım bunu qəbul etməmişdi. Lakin Kocamanın bu dəfəki istefasının rəhbərlik tərəfindən qəbul ediləcəyi gözlənilir.
