22 dekabr 2012 15:08

Böyükağa Hacıyev: Bunlar PFL-in problemidi

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 18-ci turunun AZAL-la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin son oyunlardakı uğursuzluğu nə ilə bağlıdı?
- Etiraf etmək lazımdı ki, uşaqlar çox yorulublar. Onlar Avropa Liqasının qrup mərhələsindəki altı oyunda çoxlu enerji sərf etdilər. Bu da hər oyunumuza təsirsiz ötüşmür. Bəzi futbolçulara heyətdə alternativ yoxdu. Ona görə də hər matça demək olar ki, eyni oyunçular çıxırlar. Onlar necə yorulmasınlar? Amma buna rəğmən, ilin son iki oyununda maksimum nəticə qazanmalıyıq.
 
- AZAL və “İnter”lə oyunlardan nə gözləyirsiz?
- Hər ikisi yüksək səviyyəli komandadı və yaxşı futbol sərgiləyirlər. Amma “Neftçi” üçün ən təhlükəli rəqib elə “Neftçi”nin özüdü. Hər şeyə rəğmən, bu oyunlardan maksimum xalla ayrılmaq istəyirik. Bu, son uğursuzluqları unutdurmaq üçün də vacibdi. Fikrimcə, bunun üçün yetərli gücümüz də var. Amma etiraf edirəm ki, çox çətin olacaq. Çünki bütün rəqiblərimiz bizə qarşı ikiqat güclə oynayırlar.
 
- Böyük ehtimalla bu ili “İnter” və “Simurq” lider kimi bitirəcək...
- Azərbaycan futbolunda gürcü sindromu yaranmağa başlayıb. Bu iki komanda istədiyini edir. Həm “İnter”, həm də “Simurq” birinci yerdədi. Bu komandalar ətrafında çoxlu söhbətlər dolaşır. Amma bunların hamısı PFL-in problemidi. “Neftçi”ni belə şeylərlə saxlamaq olmaz. Etiraf edim ki, “İnter”in oyununa qətiyyən simpatiyam yoxdu. Onlar müdafiə futbolu oynayırlar. Bu komanda bizi cəmi beş xal qabaqlayır. Sizcə, bu, çoxdu? “İnter” artıq narahat olmalıdı. Liderliyi saxlamaq çox çətindi.
 
- Transfer planlarınızı müəyyənləşdirmisiz?
- Transfer işləyirlə mən məşğul olmuram. Adətən, mən təklif gösləyirəm və son qərarı verirəm. Klubun potensial yeniləri ilə Bəxtiyar Musayev məşğul olur. O, kimləri almağın mümkün olduğunu bizə təklif edir, biz də yekun qərarımızı veririk. İki yerli futbolçu almağımızı istərdim. Amma yaxşı futbolçuların hamısının klublarıyla müqavilələri var.
 
- Kamran Ağayev bildirib ki, “Neftçi”dən təklif alsa, bu komandada oynamağa hazırdı...
- Kamran yaxşı qapıçıdı. O, Saşa Stamenkoviçlə əla rəqabət yarada bilər. Mən həmişə bu qapıçını ölkənin ən yaxşısı hesab etmişəm. Əgər mənə təklif etsələr, dərhal razılaşacağam.
 
- Daha kimləri “Neftçi”də görmək istərdiniz?
- Biz müdafiəçi, xavbek və pleymeyker mövqelərinə üç legioner dəvət edəcəyik. Amma ad açıqlaya bilmərəm. Yerli futbolçular arasında seçim aparmaq isə daha çətin olacaq. Dediyim kimi, hamısının müqavilələri var. Məsələn, “Qarabağ”dan Əfran İsmayılovu, Rauf Əliyevi, Maksim Medvedevi komandamda görmək istərdim. Lakin bu, real deyil. Ona görə də başqalarını gözdən keçirməyə məcburuq.
 
- Mətbuatda belə informasiyalar da var ki, futbolçularınızı xarici klublar almaq istəyir...
- Cavid İmamverdiyevlə Ukrayna klublarının maraqlandığından xəbərim var. İki Rusiya klubu da Tərlan Quliyev haqda informasiya toplayır. Əgər rəsmi təklif olsa, son qərarı klub prezidenti verəcək. Ən böyük maraq isə Flavinyoyadı. Amma biz həmişə bəyan etmişik ki, braziliyalı satılmır. O, bizə çempionatda və avrokuboklarda çox lazımdı.
 
- Komandanı neçə futbolçu tərk edəcək?
- Hardasa, 3-4 futbolçu. Bununla da bağlı son qərarı klub prezidenti verəcək. Bu il baş tutacaq oyunlarımıza yekun vurduqdan sonra komandadaxili iclas keçiriləcək. Hər şeyə də orda qərar veriləcək. Yanvarın 11-də Türkiyədə təlim-məşq toplanışına start verəcəyik. “Mardan Palace” otelində qalacağıq. Toplanış dövründə 4-5 yoxlama oyunu keçirməyi planlaşdırırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.