22 dekabr 2012 16:19
Samir Zərgərov Edin Nuredinoskini xəstəxanalıq etdi
“Bakı”nın qapıçısı Edin Nuredinoski Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə oyununda ağır zədə alıb. Azerisport.az xəbər verir ki, makedoniyalı qolkiper “bankirlər”lə oyunun ikinci hissəsində zədələnib.
Nuredinoski Samir Zərgərovla toqquşmadan sonra yerdə qalıb. Bu səbəbdən futbolçu Təcili Tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu epizodda Nuredinoski qaydanı pozduğundan hakim ona sarı vərəqə verib və penalti təyin edib. Topa yaxınlaşan Baçana Tsxadadze hesabı açıb.
Nuredinoskini ikinci qapıçı Aqil Məmmədov əvəzləyib.
