24 dekabr 2012 00:24
Neftçiyə Almaniya, Ukrayna və Rusiya klubları ilə oynamaq təklif olundu
Azərbaycan çempionu “Neftçi” qış fasiləsi dönəmində həyata keçirəcəyi təlim-məşq toplanışının proqramını müəyyənləşdirib. Aerisport.az xəbər verir ki, komandanın yerli futbolçuları yanvarın 5-6-da bir araya gələcəklər.
“Ağ-qaralar”ın qarşıda hələ “İnter”lə də oyunu olduğundan, komandanın legionerlər düşərgəyə bir qədər gec qoşulacaqlar. Belə ki, onlara yanvarın 11-də birbaşa Türkiyəyə gəlmək tapşırılıb.
“Neftçi”nin ilk hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Komanda bu müddət ərzində “Mərdan” otelində məskunlaşacaq. Böyükağa Hacıyev yetirmələrini əsasən fiziki hazırlıqlara kökləyəcək.
Komandanın ikinci təlim-məşq toplanışı dönəmində isə əsas üstünlük yoxlama oyunlarına veriləcək. Artıq təşkilatçılar “Neftçi”yə Ukrayna, Rusiya, Polşa və Almaniya klubları ilə qarşılaşmaq təklifini ediblər.
