23 dekabr 2012 11:19
Slavço Georgiyevski: Sarı vərəqə alacağımı bir həftə öncədən bilirdim
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqasının 18-ci turunun “Bakı” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” üzərində qələbə ilə bağlı nə deyə bilərsiz?
- Ağır oyun alındı. “Bakı” yaxşı komandadı. Onlara qarşı oynamaq həmişə çətin olub. Çünki yaxşı oyunçulardan qurulmuş heyətə malikdilər. Sadəcə, bu mövsüm nəticə qazanmaqda çətinlik çəkirlər. Biz bu görüşdə ilk pilləyə qayıtmaq üçün mütləq qalib gəlmək istəyirdik. Şadam ki, istəyimizə nail ola bildik.

- Amma qələbəniz əziyyətli alındı...
- Başqa cür gözləmirdik də. Bu, qolsuz heç-heçədən daha yaxşıdı. Hansı ki, ilk dövrədəki oyunda məhz 0:0 hesabı qeydə alınmışdı.
- Penalti epizodunu görə bildiniz?
- Bəli. Qayda pozuntusu var idi. Edin Nuredinoskinin tez sağalmasını arzulayıram.
- Bəli. Qayda pozuntusu var idi. Edin Nuredinoskinin tez sağalmasını arzulayıram.
- Öz çıxışınızı necə dəyərləndirərdiniz?
- Çox təəssüf ki, mən bu oyunda sarı vərəqə aldım. Bu üzdən “Neftçi” ilə oyunu buraxmalı olacağam. Sarı vərəqə alacağımı bir həftə öncədən bilirdim.
- Çox təəssüf ki, mən bu oyunda sarı vərəqə aldım. Bu üzdən “Neftçi” ilə oyunu buraxmalı olacağam. Sarı vərəqə alacağımı bir həftə öncədən bilirdim.
- Hardan bilirdiniz?
- Bilirdim, vəssalam. Bunun qəsdən olub-olmadığını bilmirəm. Amma fakt budu ki, oynamayacağam. Çünki əvvəlki oyunlarda da sarı vərəqələr almışdım.
- Bilirdim, vəssalam. Bunun qəsdən olub-olmadığını bilmirəm. Amma fakt budu ki, oynamayacağam. Çünki əvvəlki oyunlarda da sarı vərəqələr almışdım.
- Keçmiş komandanıza qarşı oynamayacağınıza görə təəssüf hissi var?
- “Neftçi”yə qarşı oynamaq istəyirdim. Amma hər şeydən daha çox komandama kömək etmək istəyindəydim.
- “Neftçi”yə qarşı oynamaq istəyirdim. Amma hər şeydən daha çox komandama kömək etmək istəyindəydim.
- Yəqin ki, “Neftçi” ilə oyunda komandanızı nə gözlədiyini siz oyundaşlarınızdan daha yaxşı bilirsiz...
- Bütün komanda bilir ki, çətin oyun olacaq. Amma biz qələbə gözləyirik. Əgər qələbə qazansaq, yaxşı xal ehtiyatına malik olacağıq. Bu, çempionluq yolunda da köməyimizə çata bilər.
- Artıq çempionluq haqda düşünməyə başlamısız?
- Hələ bu barədə düşünmürük. Çünki hələ çox tezdi. Sadəcə, daha çox xal qazanmaq istəyirik. Hələ ki, bu, bizdə yaxşı alınır. Cəmi altı qol buraxmışıq. Bu da yaxşı göstərici sayılmalıdı.
- Hələ bu barədə düşünmürük. Çünki hələ çox tezdi. Sadəcə, daha çox xal qazanmaq istəyirik. Hələ ki, bu, bizdə yaxşı alınır. Cəmi altı qol buraxmışıq. Bu da yaxşı göstərici sayılmalıdı.
- Əgər “İnter” çempion olsa, siz əla seriya yaxalamış olacaqsız. Azərbaycanın Zlatan İbrahimoviçi ola bilərsiz...
- (gülür) “Neftçi” ilə iki dəfə çempion olmuşam. Əgər “İnter”lə də qızıl medallara sahib ola bilsəm, ardıcıl üçüncü dəfə Azərbaycan çempionu adını qazanmış olacağam. Çox istərdim ki, bu nəticəyə nail olum.