24 dekabr 2012 00:45
“Hakimlər Böyükağa Hacıyevə qarşı son dərəcə diqqətli olmalıdılar”
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın baş məşqçisi Böyükağa Hacıyevin cari mövsümdə ikinci dəfə texniki zonadan qovulmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hacıyev elə mütəxəssisdi ki, söz üçün cibə girən deyil. Həmişə öz sözünü deyir. Qanun qanundu. Amma fikrimcə, hakimlər bu mütəxəssisə qarşı son dərəcə diqqətli olmalıdılar. Əgər səhv etmirəmsə, mən hakimlik karyeram ərzində heç vaxt baş məşqçiyə qırmızı vərəqə göstərməmişəm”.