23 dekabr 2012 12:57
AZAL Vaqif Sadıqovu bolqar məşqçi ilə əvəzləyir?
Bolqarıstanın CSKA klubunun baş məşqçisi Stoyço Mladenov karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin AZAL-ın sükanı arxasına keçəcəyinə dair xəbərlər yayılıb.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Məlumatda ildirilir ki, Mladenovun Vaqif Sadıqovu əvəzləməsi gündəmdədi.
Qeyd edək ki, CSKA Mladenovla başa çatmaqda olan müqaviləsini yeniləməkdə maraqlı deyil. AZAL-ın baş məşqçisi Sadıqovun da işləri yaxşı getmir və istisna deyil ki, o, bu qış komandasıyla yollarını ayırsın.