23 dekabr 2012 14:16

Aleksandr Çertoqanov: Əsl gücümüz gələn il bilinəcək

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ”nin geridə qoymağa hazırlaşdığımız ildəki çıxışını necə qiymətləndirirsiz?
- Biz bu il daha yaxşı çıxış edə bilərdik. Çoxlu xal itkilərimiz oldu. Hədəfimiz ilk altılığa düşməkdi. Ona görə də hər oyunda qəlbə qazanmağımız lazımdı. Şanslar barədə danışmağı sevmirəm. Hər bir komandanın şansı var. Qışda da yəqin ki, bütün komandalarda dəyişikliklər olacaq.
 
- “Qəbələ” bu heyətlə nəyə nail ola bilər?
- Hazırda komanda istirahətdədi. Yanvarda hazırlıqlara başlayıb, çatışmazlıqlarımız üzərində çalışacağıq. Biz hələ Ramiz Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışı keçməmişik. Çünki o, mövsümün gedişində gəlmişdi. Fikrimcə, qarşıdakı toplanışdan sonra komandamız daha yaxşı çıxış edəcək. “Qəbələ”nin də əsl gücü məhz o vaxt bilinəcək.
 
- Bütövlükdə, Premyer Liqanın cari mövsümü haqda nə deyə bilərsiz?
- Azərbaycan çempionatının caru mövsümü çox gözlənilməz keçir. İstənilən komanda sürprizə imza atmağa yaxındı. Komandalar arasındakı xal fərqi çox azdı. Fikrimcə, sərgilədiyi oyuna görə “Simurq”u, “İnter”i, “Qarabağ”ı və “Neftçi”ni fərqləndirmək olar.
 
- 2012-ci ilin ən yaxşı futbolçusu kimi hesab edirsiz?
- Yerli futbolçulardan söhbət gedirsə, Rəşad Sadiqovla Cavid İmamverdiyevi qeyd edərdim. “Turan”da mütəmadi qol vuran Fərid Quliyevə də simpatiyam var.             Legionerlərdən isə Dodonu fərqləndirərdim. Mənə elə gəlir ki, bütövlükdə, “Qəbələ”də çıxış edən legionerlər ölkənin ən yaxşı futbolçularıdılar.
 
- Bəs ən yaxşı baş məşqçi?
- Baş məşqçini adətən o zaman fərqləndirirlər ki, həm çempionatda, həm də kubokda zəfər qazanır. Əgər o, kubokda və ya çempionatda uğur qazana bilirsə, deməli, ən yaxşı hesab oluna bilər.
 
- Bu il daha çox “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində mübarizə aparması ilə yadda qaldı. Onlar isə bu uğurlarının yaxın 5-10 il ərzində digər klublarımız tərəfindən təkrarlanmayacağını iddia edirlər...
- Qarşıdakı mövsümdə hər bir klub onların bu uğurunu təkrarlamağa çalışacaq. Çempionlar Liqasının qrup mərhələsində oynamaq çox çətindi. Bundan heç danışmağa da dəyməz. Amma Avroliqaya düşmək olar. Fikrimcə, yaxın illərdə Azərbaycanın digər klubları da belə uğurlar qazana biləcəklər.
 
- Bu ili yığmamız üçün nə dərəcədə düşərli hesab edirsiz?
- Son üç oyunu səfərdə keçirdiyimizi nəzərə alsaq, müsbət dəyərləndirirəm. Lakin yığmada hələ üzərində işləməli olduğumuz çatışmazlıqlar var. Gələn il əksər oyunlarımızı Bakıda keçirəcəyik. Bu üzdən də daha yaxşı nəticələr qazanmağa borcluyuq Bu yolda doğma divarlar amili də köməyimizə çatacaq.
 
- Berti Foqts əsas məqsədin AÇ-2016-ya vəsiqə qazanmaq olduğunu deyir. Sizcə, bu, nə dərəcədə realdı?
- Bunu şərh etmək istəmirəm. Futbolda hər şey mümkündü. Bunun üçün çalışmamalıyıqsa, onda nəyə oynayırıq? Sadəcə, özümüzə inanmalı, maksimuma nail olmalıyıq. Şans azdı. Amma bundan maksimum yararlanmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.