24 dekabr 2012 17:26
AFFA və PFL rəhbərliyi klub nümayəndələri ilə görüş keçiriləcək
Dekabrın 25-də, saat 11:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasinın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, görüşün məqsədi Topaz Premyer Liqasında mövcud vəziyyətin müzakirəsi, problemlərdən çıxış yolları haqda fikir mübadiləsi aparılmasıdır.
Görüş mətbuat üçün qapalı olacaq.
