24 dekabr 2012 17:45

Nikolas Kanales: Bunu ilk dəfə eşidəndə zarafat olduğunu düşündüm

Sabah Topaz Premyer Liqasında “İnter”lə “Neftçi” arasında ilin son oyunu baş tutacaq. Azerisport.az xəbər verir ki, hər iki komandanın futbolçuları artıq bu oyuna kökləniblər.

Sabah meydana çıxacaq bəzi futbolçular bunun əvəzində öz ölkəsində, doğmaları ilə birgə Milad bayramını qeyd etməyi daha çox istərdi. Belələrindən biri də “Neftçi”nin hücumçusu Nikolas Kanalesdi. Çilili forvard ölkəsindən olan jurnalistlərlə söhbətində də bəyan edib ki, dekabrın 25-də oyun keçirmələrinə çox təəccüblənib:

“Mən dekabrın 25-də oyun keçirəcəyimizi eşidəndə, öncə buna inanmadım. Hətta elə düşünürdüm ki, bu, zarafatdı. Amma sonradan məlum oldu ki, bu, qətiyyən zarafat deyil. Milad günündə oynamalı olacağıq. Lakin sonradan başa düşdüm ki, mən müsəlman ölkəsində yaşayıram və onlarda həmin tarixdə bayram olmur”.
 
Kanales komandada onun kimi eyni vəziyyətdə olan daha bir neçə futbolçunun olduğunu da bəyan edib: “İlk dəfədi ki, Milad bayramını iş rejimində keçirəcəm. Amma belə vəziyyətdə olan tək mən deyiləm. Komandada daha bir neçə braziliyalı futbolçu da var ki, bayramı mənim kimi oteldə qarşılamalı olacaq”.
 
Nikolas hətta özünə yolka qurmadığını da bildirib: “Eybi yoxdu. Əgər yaxınlarımlabirgə deyiləmsə, bayram keçirməyin də mənası yoxdu. İdeyaya görə mən ailəmlə bir süfrə arxasında oturmalı idim. Lakin hazırda Çilidən çox uzaqdayam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.