24 dekabr 2012 17:51
“Salif Ballo komandamıza keçməyə maraqlıdı”
“Simurq”un idman direktoru Vaqif Əliyev bəyan edib ki, “Turan”ın hücumçusu Salif Ballo karyerasını Zaqatala klubunda davam etdirməkdə maraqlıdı. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz futbolçunun özü ilə də danışıqlar aparmışıq. O, karyerasını “Simurq”da davam etdirməyin əleyhinə deyil. Mümkündü ki, yaxın günlərdə bu məsələni həll etdik. Amma Ballonun Tovuz klubu ilə mövsümün sonunadək müqaviləsi var. Mümkündü ki, ona görə müəyyən kompensasiya tələb olunacaq”.