24 dekabr 2012 19:45
İlin son oyununa Vüsal Əliyev təyinat aldı
Sabah Topaz Premyer Liqasında 7-ci turun təxirə salınmış bir oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, günün yeganə oyununda lider “İnter” doğma divarlar arasında son ölkə çempionu “Neftçi”ni qəbul edəcək.
Artıq qarşılaşmaya təyinatlar da açıqlanıb. Sözügedən paytaxt derbisini Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcəklər.
Topaz Premyer Liqası
7-ci turdan təxirə salınmış oyun
25 dekabr (çərşənbə axşamı)
18:00. İnter – Neftçi
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Rza Məmmədov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Şəfa” stadionu.
