24 dekabr 2012 21:26
Bakıda daha bir yeni stadion istifadəyə verildi
Dekabrın 24-də Bakının Nəsimi rayonu ərazisində müasir standartlara cavab verən stadion istifadəyə verilib. Azerisport.az xəbər verir ki, stadionun açılış mərasimində Milli Məclisin deputatları, Olimpiya çempionları və rayon sakinləri iştirak ediblər.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizdə stadionların sayının artmasının son illər aparılan uğurlu idman siyasətinin nəticəsi olduğunu bildiriblər.
Qeyd edilib ki, “İdman ili” çərçivəsində tikilmiş yeni stadiondan daha çox məktəblilər və gənclər istifadə edəcəklər. Stadionda futbol meydançası ilə yanaşı, basketbol və voleybol meydançaları da tikilib.
