25 dekabr 2012 00:16
Gökhan Güləç bu gün XL-la müqavilə bağlayacaq
Türkiyənin “Beşiktaş” klubunun sabiq hücumçusu Gökhan Güləç son iş yeri olan “Şanlıurfaspor”la müqaviləsinə xitam verib. Azerisport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.
Bu gün isə Güləç “Xəzər Lənkəran”la müqavilə bağlayacaq. Onunla müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
“Mənim “Xəzər Lənkəran”a keçidim hələ mövsümün əvvəlində də gündəmdə idi. Amma həmin vaxt “Şanlıurfaspor”u seçdim. Görünür, qismət belə imiş. Mənə Lənkəranda nə gözlədiyini bilmirəm. Amma hər şeyin yaxşı olacağına ümidliyəm. Ciddi çətinliklərimin olacağını düşümürəm”.
