25 dekabr 2012 00:32
Simurqun qış hazırlıq planları bəlli oldu
Topaz Premyer Liqasının şərikli liderlərindən olan “Simurq”un qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, hazırda istirahətdə olan Zaqatala klubu yanvar ayının ilk on günlüyünün sonlarında bir araya gələcək.
Bölgə təmsilçisi ayın 10-da Türkiyəyə yollanacaq. Komanda fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək. Baş məşqçi Georgi Çixradze bu müddət ərzində yetirmələrini 3-4 sınaq matçında yoxlayacaq.
Sınaqçı rəqiblərin kimliyi isə hələlik bəlli deyil. Bu, təşkilatçıların təkliflərindən sonra bəlli olacaq.
