24 dekabr 2012 11:17

İnterin tarixində belə şey olmamışdı

“İnter”in qapıçısı Georgi Lomaya klub tarixinin yeni rekordunu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 18-ci turunun “Bakı” ilə qarşılaşmasında da qapısından qol buraxmayan qolkiper ardıcıl 6-cı “quru” oyununu keçirməklə buna nail olub. “İnter”in tarixində belə seriya qeydə alınmamışdı.
 
Gürcüstanlı qapıçı sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxmışdı. Bu il oktyabrın 30-da “Şəfa”dakı matçın 5-ci dəqiqəsində Elxan Əzizovun zərbəsi qarşısında aciz qalan Lomaya bundan sonra 6 görüşdə qol buraxmayıb. Həmin qarşılaşmanın digər 85 dəqiqəsi, həmçinin “Sumqayıt”, “Turan”, “Rəvan”, AZAL, “Kəpəz” və indi “Bakı” ilə matçın hərəsinin 90 dəqiqəsini Georginin qapısına yol tapan olmayıb.
 
Bununla da Lomaya 2 rekordu yeniləyib. O, özünə məxsus olan mövsümün quru seriyasını 625-ə çatdırıb. Bu, həm də “İnter”in tarixində görünməmiş nəticədir. Hər 2 rekord 561 dəqiqəyə bərabər idi və məhz oktyabrın 30-da Elxan Əzizov tərəfindən qırılmışdı.
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qeydə aldığı dünyanın ən uzun quru seriyalarının sırasına düşmək üçün Lomayaya 35 dəqiqə çatmır. Belə ki, Azərbaycan klublarının qapıçılarına məxsus 16 göstəricinin də yer aldığı İFFHS-in siyahısına düşmək üçün hər qolkiperə 660 dəqiqə lazımdır. Georgi bunu artıq dekabrın 25-də gerçəkləşdirə bilər. Həmin gün VII turdan təxirə salınan qarşılaşmada “İnter” – “Neftçi”ni qəbul edəcək. Son 2 mövsümün çempionu ilə qarşılaşmanın ilk 35 dəqiqəsində qol buraxmaması Lomayanı həmin siyahıya düşməsinə kömək edəcək.
 
Qeyd edək ki, bu müddətdə “İnter”in qol buraxdığı “Simurq”la görüşdə Lomaya oynamamış, qapıda Revaz Tevdoradze dayanmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.