24 dekabr 2012 11:32

1 rəqəm, 2 klub, 3 yubiley

Topaz Premyer Liqasının başa çatan XVIII turu 2 klubda 3 yubileylə əlamətdar olub. Azerisport.az xəbər verir ki, Premyer Liqaya ötən mövsüm yüksələn “Rəvan” və “Sumqayıt” burada 50-ci matçlarını keçiriblər. Onların hər ikisi 2011/12 mövsümündə 32 dəfə meydana çıxmışdı. Cari mövsümdə isə bu komandalar 18-ci, ümumilikdə isə 50-ci matçlarını keçirdilər.
 
Mövsümyarım ərzində bir neçə dəfə baş məşqçisini dəyişən “Rəvan”dan fərqli “gənclik şəhəri” təmsilçisi elə Premyer Liqadakı ilk gündən indiyədək almaniyalı Bernhard Raabın rəhbərliyi altında çıxış edir. Bu isə o deməkdir ki, alman mütəxəssis də Premyer Liqada 50-ci matçını keçirib.
 
Lakin yubileylər fərqli olub. “Sumqayıt” əlamətdar qarşılaşmada “Kəpəz” üzərində əzmkar qələbə qazana bilib – 2:1. “Rəvan” isə “Simurq”la səfər qarşılaşmasında 0:1 hesabı ilə uduzduqdan sonra baş məşqçisi Kemal Alispahiçi istefaya göndərib. 
 
Qeyd edək ki, paytaxt təmsilçisi 50 oyunda 14 qələbə qazanıb, 15 heç-heçə edib və 21 dəfə uduzub. Bu matçlarda “Rəvan” 55 qol vuraraq 68-ni buraxıb və 57 xal toplayıb.
 
“Sumqayıt” və Raab isə 11 dəfə qalib gəlib və eyni sayda heç-heçə etməklə yanaşı 28 dəfə meydanı xalsız tərk edib. Bu qarşılaşmalarda sumqayıtlılar 44 qol vuraraq 84-nü buraxıblar. Onlar vurduğu qolların sayı qədər xal əldə ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.