24 dekabr 2012 12:18
Mənsimov Beşiktaşı almaq istəyindən danışdı
“Forbes”in ən varlılar siyahısında Türkiyədə 26-cı, dünyada 1153-cü sırada yer alan azərbaycanlı iş adamı Mübariz Mansimov “Beşiktaş”ı almaq istəyindən danışıb. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın fəxri prezidenti bu məsələ ilə bağlı növbəti açıqlamasında bunları dilə gətirib:
“Mənə “Beşiktaş” satılsa, alarsız” sualı ilə əvvəllər də müraciət etmişdilər. Amma “Beşiktaş” satılmır. İstənilən halda “Beşiktaş” qəlbimdəki klubdu. Bu, böyük klubdu. “Beşiktaş” hər şeyin altından qalxmağa qadir komandadı. Maddi yardım daha öncə də etdik, bundan sonra da lazım olarsa, edəcəyik. Amma bu klubu idarə etməyi heç bir zaman düşünməmişəm, düşünmürəm də. Klubun əsas sahibi tərəfdarlarıdı”.