24 dekabr 2012 12:28

Qomeş: Azərbaycan millisi hər mövsüm daha da artırır

Azerisport.az sizi Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeşin müsahibəsi ilə tanış edir.
 
- 2012-ci ili başa vurmaq üzrəyik. Yeni il əhval-ruhiyyəsinin təsiri altında ilk sualımız belədir: 2013-cü ildən - xüsusən də futbolla bağlı - nə gözləyirsiniz?
- Portuqaliya Futbol Federasiyasının prezidenti kimi fəaliyyətimin ilk ilini başa vurmuşam və qeyd etməliyəm ki, futbolla bağlı nəzərdə tutduğumuz planları gerçəklişdirmək üçün hələ görüləcək çox işimiz var. Beynəlxalq aləmdə əsas hədəfimiz, sözsüz ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Lakin hesab edirəm ki, rəqiblərimizin səviyyəsini nəzərə alsaq, bu, asan olmayacaq.
 
- Azərbaycan milli komandası barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisi hər mövsüm daha da püxtələşir və deyərdim ki, bizim komanda və eləcə də F qrupundakı digər rəqiblərlə keçirdiyi son oyunlar DÇ-2014-ün seçim mərhələsində bu komanda ilə hesablaşmaq lazım olduğunu bir daha sübut etdi. Mən oyunçular arasında olan həmrəyliyi və birgə oyun tərzini yüksək dəyərləndirirəm və hesab edirəm ki, bu komandanıza gələcəkdə daha yaxşı nəticələr əldə etməyə kömək edəcək.
 
- Ümumilikdə, DÇ-2014-ün seçmə mərhələsində keçirilən oyunların nəticələrini necə dəyərləndirərdiniz?
- Etiraf etmək lazımdır ki, bəzi nəticələr tam bizim istədiyimiz kimi olmadı və hazırda F qrupunda üçüncü mövqedə yer almışıq. Seçmə mərhələdə bizi daha 6 oyun gözləyir və hesab edirəm ki, hazırkı 2 qələbə, 1 bərabərlik və 1 məğlubiyyətlə biz sonrakı nəticələrin daha yaxşı olmasını gözləyirik. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.