25 dekabr 2012 00:41
Flavinyo: Rubində çıxış etmək istərdim
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Rusiyanın “Rubin” klubuna keçməyin əleyhinə olmadığını etiraf edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Eşitmişəm ki, mənimlə maraqlanan klublar var. Amma hələ “Neftçi” ilə ilyarımlıq müqaviləm var. Əlbəttə, “Rubin”də oynamaq istərdim. Özü də Kazan klubuna keçidimdən “Neftçi” də qazanardı. Çünki “Rubin” məni heyətinə qatmaq istəsə, bakılılara pul ödəməlidi”.