24 dekabr 2012 12:46
Fərid Quliyev Turandan gedir
“Turan”ın hücumçusu Fərid Quliyev Tovuz klubundan getməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, hücumçusunun komandasıyla müqaviləsinin müddəti başa çatmaq üzrədi.
Lakin futbolçu “Turan”la müqaviləsinin müddətini artırmaq istəmir. Buna səbəb Fəridin daha güclü komandada oynamaq istəyidi.
Mümkündü ki, Quliyev qış fasiləsində Türkiyənin PTT Birinci Divizion klublarından birinə keçsin. Hazırda onun bəzi təkliflər aldığı da bildirilir.
