24 dekabr 2012 13:18
Mitreski: Sarı vərəqənin nə üçün göstərildiyini anlamadım
“Neftçi”nin futbolçusu İqor Mitreski AZAL klubu ilə oyundakı sarı vərəqə epizodu ilə bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“AZAL klubu ilə oyunda ilk hissənin sonuna yaxın sürüşmə fəndi ilə topu rəqibdən aldım. Həmin anda hakim oyunu dayandıraraq cərimə zərbəsi təyin etməklə yanaşı mənə sarı vərəqə göstərdi. Fəndi təmiz yerinə yetirmişdim və sarı vərəqənin nə üçün göstərildiyini anlamadım. Beynəlxalq təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə vəziyyətlər sırf oyun epizodu hesab olunur.
İnanıram ki, vərəqə epizodu AFFA-nın İntizam Komitəsi tərəfindən araşdırılacaq və ədalətli qərar çıxarılacaq”.
