24 dekabr 2012 13:33
Azərbaycan futbolunun yeni tapıntısı (VİDEO)
Heç şübhəsiz cari mövsümün diqqət mərkəzində olan futbolçularından biri məhz "Simurq"un gənc üzvü Murad Səttarlıdı. Azerisport.az xəbər verir ki, yay transfer pəncərəsində icarə əsasında komandanın heyətinə qatılan Muradın yarımmüdafiənin hər iki cinahında etdiyi sürətli keçidlər və məhsuldar ötürmələri sayəsində komandası gözəl nəticələr əldə edib. Onun kritik anlarda vurduğu gözəl qollar isə zaqatalalı azərkeşlərə sevinc bəxş edib. Zaqatala klubunun rəsmi saytı gənc futbolçunun forma geydiyi oyunlardan videoçarx hazırlayıb. Onu diqqətinizə çatdırırıq.
