24 dekabr 2012 14:57
Ruslan Əmircanov: Neftçi ilə görüş altı xallıq oyun olacaq
“İnter”in müdafiəçisi Ruslan Əmircanov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış və sabah baş tutacaq “Neftçi” ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə “Neftçi”dən başqa bütün klublar artıq istirahətə çıxıblar...
- Bizim təxirə salınmış oyunumuz qalırdı. Oynamaq lazımdı. Artıq “Bakı” üzərindəki qələbəni unutmuşuq. Bizim üçün çox vacib oyundu. Rəqibin necə təhlükəli olduğunu yaxşı bilirəm. Onlara qarşı oynamaq çətin olacaq. Səhvləri bağışlamırlar. Lakin biz də zəif komanda deyilik. Əks halda çempionata liderlik etməzdik.
- Hər iki komandanın hazırlıq üçün cəmi iki gün vaxtı var idi. Sizin “Bakı” ilə oyununuz “Neftçi”nin AZAL-la qarşılaşmasına nisbətən daha çətin keçdi. Komanda növbəti oyuna nə dərəcədə hazırlaşa bilib?
- Bunu oyun göstərəcək. Komandamız təkcə fiziki yox, həm də mənəvi cəhətdən yorulub. Əminəm ki, əksər legionerlər hamısı istirahət haqda düşünürlər və mümkün qədər ölkələrinə tez getmək istəyirlər. Lakin buna baxmayaraq, ilin son oyununda da maksimuma nail olmalıyıq.

- Bu oyun sizin üçün xüsusi xarakter daşıyacaq...
- “İnter”in “Neftçi” ilə oyunu mənim üçün digərlərindən fərqlənməyəcək. Futbolçu karyerası belədi ki, bu gün burda, sabah başqa komanda ola bilərsən. İndi məni yalnız “İnter”in uğuruları düşündürür.
- “Neftçi”yə qarşı heç bir incikliyiniz qalmayıb ki?
- Əlbəttə, yox. Mən bu komandadan özüm getmişəm. Özü də heç kimlə münasibətlərimi korlamadan. Ona görə də məndə heç bir qisas almaq hissi yoxdu. Mənim bu görüşdə yeganə istəyim bizi çempionluğa daha da yaxınlaşıra biləcək növbəti üç xalı qazanmaqdı. Bu oyunu da altı xallıq matç hesab edirəm.

- “Kəpəz” və “Bakı” ilə son oyunlarda niyə forma geymirdiniz?
- Gəncədəki oyunu sarı vərəqə limiti səbəbindən buraxmalı oldum. Həmin oyunda qalib gəldiyimizdən, baş məşqçi qalib heyəti dəyişməməyə qərar verdi.
- Gəncədəki oyunu sarı vərəqə limiti səbəbindən buraxmalı oldum. Həmin oyunda qalib gəldiyimizdən, baş məşqçi qalib heyəti dəyişməməyə qərar verdi.
- Deməli, “Neftçi” ilə də oyunu buraxmağınız istisna deyil...
- Oynayacağıma ümid edirəm. Mən həmişə oynamaq istəmişəm. İnanıram ki, “Neftçi” ilə görüşdə də forma şansı qazanacağam.