24 dekabr 2012 15:55
Neftçidən ilk transfer
Azərbaycan çempionu “Neftçi” ilk transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabiq futbolçusu Denis Silva ilə müqavilə bağlayıb.
Xəbəri saytımıza açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov təsdiq edib. Klub rəsmisi bildirib ki, braziliyalı futbolçu ilə 6 aylıq müqavilə bağlayıblar.
Qeyd edək ki, müqavilə ilə “Gremio”ya məxsus olan futbolçu “Neftçi”də icarə əsasında çıxış edirdi. O, 2010-2012-ci illərdə “Neftçi”də 59 oyun keçirib, 2 qol vurub və 2 dəfə çempion olub. Denis 2008-2010-cu illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.
