25 dekabr 2012 11:18

“Milan İnterinə 3 qol vura bildiksə, Bakı İnterini məyus etməyə sadəcə borcluyuq”

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış və bu gün keçiriləcək “İnter”lə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin cəmi iki gün istirahət imkan oldu. Komanda tam bərpa ola bilib?
- İki gün ərzində buna nail olmaq çox çətindi. Komanda son dövrlər çox yorulub. İndi isə təxirə salınmış oyunda meydana çıxmalıyıq. Amma rəqibimiz də bizimlə oxşar vəziyyətdədi. Onlar da iki gün öncə “Bakı” ilə qarşılaşıblar.
 
- İlin son oyunundan hansı nəticəni gözləyirsiniz?
- Bu mövsüm biz onlara qarşı hələ oynamamışıq. Ötən mövsüm olduğu kimi, “İnter” bu il də yaxşı çıxış edir. Buna baxmayaraq, bizi yalnız qələbə maraqlandırır.
 
- “İnter”in 17 oyuna cəmi altı qol buraxması sizi narahat etmir ki?
- Təbii ki, bu qədər az qol buraxan komandanın lider olması da normaldı. Buna baxmayaraq, qələbəyə yaxın olduğumuzu düşünürəm.
 
- Yəni bu cür müdafiə xəttini məyus edəcəyinizə əminsiniz?
- Əgər biz Milan “İnter”inə üç qol vura bildiksə, onda Bakı “İnter”ini də məyus etməyə sadəcə borcluyuq.
 
- Nikolas Kanales Milad bayramı günündə oyuna çıxacağından şikayətlənib. Bəs siz?
- Buna alışmaq çətindi. Cənubi Amerikada insanlar həmin gün işləmirlər, sadəcə bayramı qeyd edirlər. Təbii ki, ordan gəlmiş bir insan kimi, mən də indi bayram əhval-ruhiyyəsində olmaq istərdim. Amma biz derbidə qələbə qazansaq, bu, bayramımıza əsl hədiyyə olacaq.
 
- Hələ Avropa Liqası zamanı “Rubin”in sizinlə maraqlandığı söhbətlər yayılmışdı. Həqiqətən də sizinlə maraqlanan olub?
- Düzünü deyim ki, mən də yalnız “Rubin”in maraqlandığını eşitmişəm. Amma mənim “Neftçi” ilə müqaviləmin müddəti ilyarımdan sonra başa çatacaq.
 
- Kazan klubu sizi heyətində görmək istəyir. Bəs siz?
- Əlbəttə, mən də bu komandada oynamaq istərdim. Həm də bundan “Neftçi” də qazanardı. Çünki “Rubin” bakılılara pul ödəməlidi.
 
- 2012-ci ili sizin peşəkar karyeranızdakı ən yaxşı il saymaq olar?
- Əminliklə. Biz ikinci dəfə çempion olduq, Avroliqanın qrup mərhələsində oynadıq. Bu uğurlarda mənim də müəyyən payım var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.