25 dekabr 2012 11:34
Xəzər Lənkəran Bayramov ilə də yollarını ayırdı
“Xəzər Lənkəran” Futbol Klubu qapıçı Kamal Bayramovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, 2011-ci ilin may ayında imzalanan müqaviləyə klubla futbolçunun qarşılıqlı razılaşması nəticəsində xitam verilib.
Klub qış transfer pəncərəsi zamanı bu mövqeyi möhkəmləndirmək məqsədilə yeni qapıçını sıralarına cəlb etməyi planlaşdırır. Bundan başqa, əsas komanda aşağı yaş qruplarından olan gənc qapıçılardan da yararlanmağı nəzərdə tutur.
