25 dekabr 2012 19:49

Neftçi ilə heç-heçə İnteri qış çempionu etdi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 7-ci turun təxirə salınmış bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə oyununda lider “İnter” doğma divarlar arasında son ölkə çempionu “Neftçi”ni qəbul edib.
 
Qeyd edək ki, bu, paytaxt klublarının cari mövsümdəki ilk oyunu idi. “Ağ-qaralar” növbəti qələbəsini qazanıb turnir cədvəlində bir qədər də irəli düşməyi planlaşdırmışdı. “İnter” isə ən azı bir xal qazanmaqla turnir cədvəlinin vahid lideri olmaq istəyindəydi. Sonda tərəflərdən heç biri qələbə qazana bilməyiblər. Beləcə, paytaxt derbisindəki heç-heçə "İnter"i Premyer Liqanın qış çempionu edib.

Topaz Premyer Liqası
7-ci turdan təxirə salınmış oyun
25 dekabr (çərşənbə axşamı)
 
İNTER – NEFTÇİ - 1:1 (0:1)
Qollar: N.Kanales, 11 (0:1), İ.Niasse, 74 (1:1)
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Rza Məmmədov, Fariz Yusifov.
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
Qeyd edək ki, Böyükağa Hacıyev cəzalı olduğundan "Neftçi"ni bu oyuna Tərlan Əhmədov çıxarıb
2. Vobayın uzaqdan zərbəsini qapıçı tutur
11. Kanles əla ötürmədən sonra cərimə meydançasına daxil olub iti bucaq atında qapıya dəqiq zərbə endirməklə hesabı açır - 0:1
15. Meydan sahibləri korner qazansa da, Niassenin başla vuruşunda top Stamenkoviçdə qalır
20. "İnter" hücum etməyə, hesabı bərabərləşdirməyə çalışsa da, bu, hələ ki, alınmır
23. M.Şükürov sarı vərəqə alan ilk futbolçu olur
25. N.Hacıyev də sarı vərəqə ilə cəzalanır
25. "İnter"də erkən əvəzləmə: S.Zərgərovu A.Məmmədov əvəzləyir
27. "Bankirlər" hesabı bərabərləşdirməyə çox yaxın olsalar da, inanılmaz şansı qaçırırlar
29. Lomaya komandasını növbəti dəfə qoldan xilas edir
32. "İnter" növbəti korneri boşa verir
40. "Neftçi" rəqibini topsuz saxlamağa çalışır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
45+1. Tsxadadzenin təhlükəli zərbəsi hədəfdən azca yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. A.Məmmədovun çox təhlükəli zərbəsi zamanı Stamenkoviç komandasını yüz faizli qoldan xilas edir
51. A.Daşdəmirov sarı vərəqə alır
55. "İnter" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazansa da, Genovun vuruşunda top canlı səddən qayıdır
57. "İnter"də A.Daşdəmirovu R.Əmircanov əvəzləyir
61. "Neftçi" ikinci qolu vurmağa çox yaxın olsa da, Flavinyonun həlledici zərbəsini Lomaya qaytara bilir
62. "İnter" növbəti korneri boşa verir
63. Genov simulyasiyaya görə sarı vərəqə alır
69. N.Hacıyev daha bir yüz faizli qol şansını boşa verir
71. C.İmamverdiyevi A.Abdullayev əvəzləyir
73. R.Sadiqov da sarı vərəqə alır
74. Stamenkoviçin kobud səhvindən sonra Niasse yaxın məsafədən dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
77. "İnter" növbəti qolu vurmağa yaxın olsa da, Niasse və Nizami yaxın məsafədən qapıya yol tapa bilmir
82. Tsxadadze boş qapını nişan almaq əvəzinə topu Stamenkoviçə vurdu. İnanılmaz epizod idi...
83. Stamenkoviç daha bir yüz faizli qol epizodu zamanı komandasını xilas edir
84. "Neftçi"nin qapı dirəyi qoldan xilas edir. Ardından korner qazanan "İnter" bundan da yararlana bilmir
85. Bu dəqiqələrdə "İnter" tam olaraq "Neftçi"nin qapısı ağzında "oturub"
87. Genov yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
87. "Neftçi"də E.Mehdiyevi M.Seyidov əvəzləyir
88. D.Genovu İ.Ələkbərov əvəzləyir
89. Niassenin qapıya o qədər də qüvvətli olmayan zərbəsini tutur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
INTER: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 13. Coşqun Diniyev, 30. İlqar Ələkbərov, 77. Ramil Masnurov, 87. Cəmil Hacıyev.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 13. Samir Yusifov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov.
 
1 İnter 18 9 7 2 19 7 +12 34
2 Simurq 18 9 6 3 21 11 +10 33
3 Qarabağ 18 8 7 3 23 16 +7 31
4 Neftçi 17 9 2 6 35 21 +14 29
5 Qəbələ 18 8 4 6 21 18 +3 28
6 XL 18 6 6 6 24 18 +6 24
7 AZAL 17 5 7 5 21 19 +2 22
8 Sumqayıt 18 5 5 8 17 32 –15 20
9 Turan 17 5 5 7 19 22 –3 20
10 Bakı 17 3 10 4 15 13 +2 19
11 Rəvan 18 4 4 10 16 29 –13 16
12 Kəpəz 18 2 3 13 11 36 –25 9
 
Bombardirlər:
15 - Nikolas Kanales (Neftçi)
9 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benuahi (AZAL)
6 - Baçana Tsxadadze (İnter), Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.