25 dekabr 2012 12:23
Bakının sabiq hücumçusu Traktorsazidə
“Bakı”nın sabiq hücumçusu Jaba özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bundan sonra karyerasını İran çempionatında davam etdirəcək.
Özü də Jaba azərbaycanlıların çıxışını böyük maraqla izlədiyi “Traktorsazi”yə keçib. 31 yaşlı braziliyalı futbolçu bundan sonra Təbrizi təmsil edən bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2009-cu ildən etibarən “Bakı”da çıxış edən Jaba bu il paytaxt klubu ilə yollarını ayıraraq yenidən Türkiyəyə getmişdi. Amma o, qardaş ölkəyə ikinci qayıdışı zamanı uğur qazana bilmədiyindən iş yerini dəyişməli olub.
