26 dekabr 2012 00:19
AZAL da qış hazırlıq planlarını açıqladı
AZAL-ın qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” yanvarın 7-dək istirahətdə olacaqlar.
Həmin gün bir araya gələcək komanda 10 gün Bakıda hazırlıq keçəcək. Ondan sonra isə Vaqif Sadıqovun komandası Türkiyəyə yola düşəcək və fevralın 2-dək qardaş ölkətə təlim-məşq toplanışında olacaq.
Bu müddət ərzində bir neçə sınaq matçı keçirmək də nəzərdə tutulub. Amma sınaqçı rəqiblərin adları bundan sonra bəlli olacaq. Bütövlükdə, dörd sınaq matçının keçirilməsi planlaşdırılır.
