26 dekabr 2012 00:36

Azerisport.com 2012-ci ilin ən yaxşılarını müəyyənləşdirdi

Azerisport.com Azərbaycan idmanında 2012-ci ilin ən yaxşılarını müəyyənləşdirib. Xeyli müddətdi saytımızda aparılan sorğuda qalib adını qazananlarla sizi də tanış edirik.

İlin ən yaxşı idmançısı adını Toğrul Əsgərov qazanıb. Sərbəst güləş üzrə olimpiya çempionu adını qazanan Əsgərova respondentlərin 64 faizi (254 səs) səs verib.
 
İlin ən yaxşı qadın idmançısı isə Natali Pronina seçilib. Paralampiadada həm çempion olan, həm də dörd dəfə gümüş medal qazanan üzgüçümüzə 191 səs verilib (50 faiz).
 
2012-ci ilin ən yaxşı məşqçisi Saypulla Absaidov olub. Sərbəst güləş üzrə yığmamızın məşqçisi 34 faizlik səs çoxluğu ilə (99 səs) qalib adını qazanıb.

Ən yaxşı komanda ünvanını basketbol üzrə Azərbaycan yığması qazanıb. AÇ-nin seçmə mərhələsində üçüncü olan yığmamıza 93 səs verilib (33 faiz).
 
İlin ən yaxşı futbolçusu adını Kamran Ağayev qazanıb. Xeyli müddətdi yaşıl meydandan kənarda qalan və “Xəzər Lənkəran”a məxsus qapıçıya 152 səs verilib (26 faiz).
 
Ən yaxşı futbol klubu Avropa Liqasında tarix yazan “Neftçi” olub. “Ağ-qaralar” 79 faizlik (404 səs) səs çoxluğu ilə qalib olublar.

Ən yaxşı futbol məşqçisi də məhz “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev olub - 338 səs (84 faiz).
 
İlin ən yaxşı federasiyası isə AFFA olub - 434 səs (64 faiz).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.