26 dekabr 2012 00:50
“Neftçi ilə heç-heçə də yaxşı nəticədi”
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Topaz Premyer Liqasının 7–ci turundan təxirə salınmış “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları söyləyib:
“Xal itirməyimizə baxmayaraq, çempionla heç-heçəni yaxşı nəticə sayıram. İlin son oyununda qələbə qazanmağı çox istəyirdik. Amma gördüyünüz kimi, alınmadı. Xüsusilə matçın sonlarında qələbə qolunu vurmaq üçün “Neftçi”nin qapısına çoxlu hücumlar etsək də, bu istəyimizə çata bilmədik”.