25 dekabr 2012 12:58

Gökhan Güləç: Əlimdən gələni edəcəm ki, XL-da ümidləri doğruldum

Azerisport.az sizi “Xəzər Lənkəran”ın yeni transferi Gökhan Güləçin müsahibəsi ilə tanış edir.
 
- Çoxları üçün sizin “Xəzər Lənkəran”a keçidiniz gözlənilməz oldu...
- Mənim “Xəzər Lənkəran”a transferim hələ xeyli öncə də gündəmdə idi. Amma mən “Şanlıurfaspor”u seçdim. İndi isə “Xəzər Lənkəran”a keçirəm. Altı aylıq müqavilə bağlayacağam. Bu, daha çox uyğunlaşmaq üçün nəzərdə tutulub. Mümkündü ki, bu müddət başa çatandan sonra biz yeni müqavilə bağlayaq. Yarım illik müqavilə bağlamağı mən özüm istədim. Qonşu ölkə çempionatını daha yaxşı tanımaq istəyirəm. Ondan sonra hər şey ola bilər.
 
- Yeni klubunuz haqda nə bilirsiz?
- “Xəzər Lənkəran” ölkənin ən güclü klublarından biridi. Komandanın hər cür şəraiti, bazası, stadionu var. Komandada çoxlu legionerlər çıxış edirlər. Komandanın bossu qarşıya Azərbaycan çempionu olmaq hədəfini qoyub. Bu, mənim üçün yaxşı variantdı.
 
- Düşünmürsüz ki, bu, karyeranızda geriyə addımdı?
- Azərbaycan çempionatı ildən-ilə daha da yüksəlir. Bunun geriyə addım olduğunu düşünmürəm. Yeni komandam avrokuboklarda oynamaq istəyir. Çempionlar Liqasında, Avropa Liqasında oynamaqdan yaxşı nə ola bilər? Yeni komandama buna görə keçirəm.
 
- Azərbaycan çempionatının oyunlarına baxmısız?
- Azərbaycan çempionatı mənim üçün çox maraqlıdı. Amma hələ bu birincilikdə keçirilən oyunların keyfiyyəti barədə danışmaq mənə çətindi. Çünki hələ yeni klubumda bir dənə də oyun keçirməmişəm. Komanda ilə birgə toplanışda olandan sonra futbolçuları da tanıyacağam. Bu suala yalnız ondan sonra cavab vermək olar. Azərbaycanda çempionluq uğrunda xeyli komanda mübarizə aparır. Rəqabət isə həmişə futbolçulara, komandalara müsbət təsirini göstərir.
 
- “Xəzər Lənkəran”ın təklifi sizi nə ilə cəlb etdi?
- Azərbaycanda bundan əvvəl də türkiyəli futbolçular çıxış ediblər, indi də var. Həm də məni klub rəhbərliyinin qarşılarına yüksək hədəflər qoyması cəlb etdi. Komanda çempionatda yüksək yerlərdən birini tutub, avrokuboklara vəsiqə qazanmaq istəyir. Mənə də böyük ümidlər bəsləyirlər. Ona görə də əlimdən gələni edəcəm ki, ümidləri doğruldum. Düzdü, indi bir qədər həyəcan keçirirəm. Çünki Lənkəranda məni nə gözlədiyini hələ bilmirəm. Amma ən yaxşısına ümidliyəm. Çətinliklə üzləşəcəyimi düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.