26 dekabr 2012 01:02
“Böyük ehtimalla növbəti mövsümdə legioner limiti artırılacaq”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA və PFL rəhbərliyinin klub rəsmiləri ilə keçirdiyi görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bütövlükdə, görüşdən razı qaldıq. Biz həmçinin ona da razılaşdıq ki, mövsümün ilk hissəsi dekabrda başa çatsın. Məsələn, hansısa komanda ilk altılığa düşmədiyini dekabrda dəqiq biləndən sonra, qış fasiləsində növbəti mövsüm üçün heyət qurmağa başlasın. Yaxud ilk altılığa düşən komandalar da qarşıya qoyulan məqsədə çatmaq üçün heyətini daha da gücləndirməkdə qərarlı olsun. İclasda həmçinin AFFA İcraiyyə Komitəsinin növbəti toplantısında legioner limitinə yenidən baxılması qərara alındı. Böyük ehtimalla gələn mövsüm və ya bir mövsüm sonra yerli futbolçuların sayı beşə qaldırılacaq, legionerlərin sayı isə altıya düşəcək”.