26 dekabr 2012 01:11
Neftçi və İnter azarkeşlərinin ümidlərini doğrultmadı
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 7-ci turdan təxirə salınmış “İnter” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın fikri fərqli olub.
Belə ki, “Neftçi”nin qələbə qazanacağını respondentlərin 54 faizi (317) planlaşdırmşdı. “İnter”in qalib gəlmək şansı isə 25 faizə bərabər idi (145 səs). Lakin qarşılaşma 1:1 hesabıyla başa çatdığı üçün paytaxt klublarının azarkeşlərinin ümidlərini doğrultmadığını demək olar.
Qeyd edək ki, heç-heçə olacağına yalnız yerdə qalan 21 faiz oxucumuz səs vermişdi.
