25 dekabr 2012 13:17
Mitreski: AFFA-nın sarı vərəqəni ləğv edəcəyinə ümidliyəm
“Neftçi”nin futbolçusu İqor Mitreski AFFA İntizam Komitəsinin bu gün baş tutacaq iclasından nə gözlədiyini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ümid edirəm ki, AZAL ilə oyunda aldığım sarı vərəqə ləğv olunacaq. Komandama ilin son oyununda kömək etmək istəyirəm. Psixoloji cəhətdən heç bir problem hiss etmirəm. Çünki 19 yaşında deyiləm. Hətta oyundan beş dəqiqə öncə də oynayacaqsan desələr, meydana çıxmağa hazıram. Komandayla birgə hazırlaşmışam. Hər ehtimala qarşı stadionda olacağam. “İnter”lə oyun bizim üçün çox vacibdi. Bu ili qələbə ilə başa vurmaq istəyirik”.