25 dekabr 2012 13:56
Böyükağa Hacıyev: Neftçinin potensialı İnter üzərində qələbə qazanmağa imkan verir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “İnter”lə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bilirəm ki, bəzi klublar “Neftçi”ni dayandırmaq istəyirlər. Amma bu, onlara nəsib olmayacaq. “İnter”lə qarşılaşma bu il son oyunumuz olacaq. Qələbə qazanmaqla fasiləyə yaxşı əhvalla yollanmaq istəyirik. “Neftçi”nin potensialı “İnter” üzərində qələbə qazanmağa imkan verir. Özü də rəqibimiz daha çox müdafiədən oynamağa üstünlük verir. Biz isə həmişə olduğu kimi, hücum futbolu oynayıb, istəyimizə nail olmağa çalışacağıq”.