25 dekabr 2012 14:18
AFFA-dan Rəvana texniki məğlubiyyət, Böyükağa Hacıyevə sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Simurq” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə Nemanya Vidakoviç (8-ci legioner futbolçu) daxil olub və nəzərdə tutulan limit pozulub. Bu səbəbdən də “Rəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Sumqayıt” – “Kəpəz” matçında “Kəpəz”in 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Bujamin Asani kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
“Turan” – “Qəbələ” oyunun 76-cı dəqiqəsində “Turan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“İnter” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
“Neftçi” – AZAL matçında “Neftçi” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. zatçın 61-ci dəqiqəsində “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.
