25 dekabr 2012 14:37
Bakı və Kəpəz cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzeidic heyətlərinin XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Kəpəz” matçının 75-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Malik Babayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
“İnter” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
