25 dekabr 2012 15:07
Nikolas Kanales: Uğursuz dövr atıq arxada qalıb
“Neftçi”nin hücumçusu Nikolas Kanales Çili mətbuatına müsahibəsində Azərbaycan çempionatında və Avropa Liqasındakı çıxışını dəyərləndirib, tənqidləri cavablayıb.
- Azərbaycanda işləriniz necə gedir?
- Əvvəllər azarkeşlər məni çox tənqid edirdilər. Amma indi artıq hər şey dəyişilib.
- Niyə tənqid olunurdunuz?
- Çünki debüt qolumdan sonra uzun müddət rəqib qapılarına yol tapa bilmirdim. Bu da azarkeşlərin sərt reaksiyası ilə qarşılanmaqdaydı. “Neftçi”nin ötən mövsüm bombardir olmuş daha bir hücumçusu var. Amma o, zədəli idi. Ona görə də məndən də eyni uğuru gözləyirdilər. İlk iki ay mənim üçün çox çətin keçdi. Amma xoşbəxtlikdən bu uğursuz dövr arxada qalıb. İnamı doğrultdum və qol vurmağa davam edirəm.

- Hətta bir oyunda poker etməyə də imkan tapmısız...
- Etiraf edim ki, bunu bir qədər ciddi qarşıladım. Çünki burda bütün komandalar müdafiədə daha çox ehtiyatlı oyuna üstünlük verirlər. Amma həmin gün məndə hər şey alınırdı. Hətta daha çox qol vura bilərdim.
- Buna mətbuatın və azarkeşlərin reaksiyası necə oldu?
- Bu haqda bir həftədən də çox danışıldı. Təriflər çox oldu.
- Bu haqda bir həftədən də çox danışıldı. Təriflər çox oldu.
- Avropa Liqasında növbəti mərhələyə adlaya bilməsəz də, Milan “İnter”inə iki qol vurmağı bacardınız...
- Bu da yaxşı məqamlardan biri idi. Amma mən bu iki qoldan daha çox Çempionlar Liqasında və Avroliqada keçirdiyim 12 oyunu yüksək qiymətləndirirəm. Yaxşı oyunlarımız oldu. Sadəcə, təcrübə azlığı hiss olunurdu.
- Yəqin ki, artıq tənqidlər də azalıb...
- Bəli. Oktyabr və noyabr aylarında məni ayın ən yaxşı futbolçusu seçdilər (Nikolas Kanales saytımızda keçirilən ardıcıl iki sorğuda ən yaxşı seçilməsini nəzərdə tutur – azerisport.az). Bombardirlər yarışında da birinci yerdəyəm. Bundan əlavə məni bəzi televiziya verilişlərinə də dəvət ediblər.
- Vurduğunuz qollarla Çili yığmasının baş məşqçisinin diqqətini cəlb edə bilmisiz?
- Yaxşı mövsüm keçirirəm. Əgər yığmaya da çağırılsam, lap xoşbəxt olardım.
- Yaxşı mövsüm keçirirəm. Əgər yığmaya da çağırılsam, lap xoşbəxt olardım.
- Hesab etmirsiz ki, Azərbaycan çempionatında vurduğunuz qollarla yığmanın baş məşqçisinin diqqətini cəlb edə bilmirsiz?
- Əlbəttə, Azərbaycan çempionatı İspaniya və ya İtaliya birinciliyi ilə müqayisə oluna bilməz. Amma burda həqiqətən yaxşı futbolçular var, oyunlar da yüksək səviyyədə keçirilir. Bura Rusiyada, Ukraynada, Rumıniyada çıxış etmiş yaxşı legionerlər gəlir. Çempionat da ildən-ilə daha da güclənir.