25 dekabr 2012 15:59
Edin Nuredinoski bu gün Makedoniyaya yola düşəcək
“Bakı”nın qapıçısı aldığı ciddi zədə ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, makedoniyalı qapıçı ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Artıq özümü yaxşı hiss edirəm. Əminəm ki, hər şey yaxşı olacaq. Artıq sabah ailəmlə birgə Makedoniyada olmağı planlaşdırıram. Toqquşma həqiqətən də çox ciddi alındı. Amma Allaha şükür ki, hər şey o qədər də pis alınmadı. Bütün Makedoniya ictimaiyyətinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Nuredinoski artıq xəstəxanadan çıxıb və bu gün Makedoniyaya yola düşəcək.