25 dekabr 2012 16:08

AFFA və PFL klublarla nələri müzakirə etdi?

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə "Simurq"un prezidenti Anar Bəkirov, "İnter" PİK-in prezidenti Georgi Nikolov, "Qarabağ" klubunun direktoru Emrah Çelikel, "Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Xəzər Lənkəran" FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, "Turan"ın vitse-prezidenti Namiq Məstanov, "Bakı" FK-nın icraçı-direktoru Yaşar Seyidov, "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və "Kəpəz" PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər.
 
Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil. Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib. Müzakirə olunan digər məsələ Topaz Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı "6-lıq" sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı AFFA və PFL rəhbərliyinə minnətdarlıq edib.
 
Sonda AFFA-nın rəhbərliyi adından klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.