25 dekabr 2012 16:33
Qarabağ Rusiya klubu ilə qarşılaşacaq
“Qarabağ”ın qış fasiləsində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, ağdamlılar Rusiyanın “Ural” klubu ilə qarşılaşacaq.
Bu barədə Birinci Divizion təmsilçisinin rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma yanvarın 19-da Antalyada keçiriləcək.
Qeyd edək ki, 1930-cu ildə yaradılan “Ural” klubu qış fasiləsinə 2-ci pillədə yollanıb.
