25 dekabr 2012 16:41
AFFA iki məşqçini bir illiyə futboldan kənarlaşdırdı
AFFA daha bir saxtakarlıq faktının üstünü açıb. Azerisport.az xəbər verir ki, bu dəfə U-16 liqasında “lipa” tapılıb.
Belə ki, U-16 liqasının “Bakı kəndləri” – “Bakı 008” matçında “Bakı 008”in heyətində Əjdər Muradovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmçinin “Bakı 008”in məşqçiləri – Baloğlan Qurbanov və Elsevər Sarıyev futbolçuların lisenziyalarını saxtalaşdırdıqları üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.
