26 dekabr 2012 17:35
Elvin Yunuszadə: Al Taavon mənim üçün tramplin ola bilər
“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə azerisport.az saytına müsahibəsində Səudiyyə Ərəbistanını təmsil edən “Al Taavon” klubuna keçmək şanslarını dəyərləndirib.
- “Al Taavon”un xidmətinizdə maraqlı olması barədə xəbərlər düzdü?
- Düzünü deyim ki, bu barədə hələ danışmaq istəmirəm. Çünki hələ heç nə müəyyənləşməyib.
- Düzünü deyim ki, bu barədə hələ danışmaq istəmirəm. Çünki hələ heç nə müəyyənləşməyib.
- Bu klubdan sizinlə maraqlanan həqiqətən olub?
- Bəli, belə bir şey olub.
- Bəli, belə bir şey olub.
- Futbolçular adətən Avropa klublarında oynamağa can atırlar. Sizin Ərəbistan çempionatında oynamaq arzunuz nə ilə bağlıdı?
- Futbol Avropa ilə yanaşı bütün dünyada oynanılır. Əsas odu ki, mənimlə xarici klub maraqlanır. Nəticədə də ölkə xaricində oynamaq şansı yaranıb. Səudiyyə Ərəbistanı mənim üçün tramplin də ola bilər. Bu ölkə çempionatından daha güclü birinciliklərə gedən oyunçular az deyil.
- Keçdiniz nə vaxt baş tuta bilər?
- Mümkündü ki, elə bu qış baş tutsun. Öz gücümü sınamaq istəyirəm. Əgər bu keçid alınsa, Premyer Liqadan ayrılmağı çox istərdim.
- Mümkündü ki, elə bu qış baş tutsun. Öz gücümü sınamaq istəyirəm. Əgər bu keçid alınsa, Premyer Liqadan ayrılmağı çox istərdim.
- Sizi baxışa dəvət edirlər?
- Xeyr. Əgər getsəm, birbaşa müqavilə bağlayacağıq.
- Xeyr. Əgər getsəm, birbaşa müqavilə bağlayacağıq.
- “İnter”lə son oyunu necə dəyərləndirərdiniz? Bu komanda ilə görüşdə heç Milan “İnter”i və Kazan “Rubin”i ilə görüşlərdə görmədiyiniz kəskin hücumlarla qarşılaşdınız....
- Mən diskvalifikasiya səbəbindən bu oyunu kənardan izləmək məcburiyyətində idim. Komanda birinci hissəni yaxşı keçirdi. Daha çox qol vurmağa borclu idik. Amma bunu rəqib etdi.
- Bütövlükdə, mövsümün geridə qalan dövrünü necə qiymətləndirirsiz?
- Fikrimcə, ili lider kimi başa vura bilməsək də, bütövlükdə klub tarixinin ən uğurlu ilini yaşadıq. Çünki Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Özü də kifayət qədər yaxşı şəkildə. Çempionatdakı çıxışımızı və nəticələrimizi də gələn il yaxşılaşdırmağa çalışacağıq.

- Bəs ili sırf özünüz üçün nə dərəcədə uğurlu sayırsız?
- “Neftçi”nin daha təcrübəli futbolçularında necədi, deyə bilmərəm, amma mənim üçün il fantastik alındı.
- “Neftçi”nin daha təcrübəli futbolçularında necədi, deyə bilmərəm, amma mənim üçün il fantastik alındı.
- Amma deyəsən bir qədər könülsüz dediniz...
- İlin sonudu. Emosiyalar artıq sakitləşib. Amma təbii ki, sevincliyəm. Artıq 20 yaşım var və avrokubokların qrup mərhələsində oynamağın nə demək olduğunu bilirəm. Çünki Azərbaycanda elə futbolçular var ki, heç belə oyunlarda iştirak etməyiblər.