26 dekabr 2012 18:17
Xəzər Lənkəran Krivbass, Rapid və Pribramla qarşılaşacaq
“Xəzər Lənkəran”ın Türkiyədəki təlim-məşq toplanışı dönəmində qarşılaşacağı rəqiblərdən bəziləri artıq məlum olub. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” Moldova, Ukrayna və Çexiya klubları ilə qarşılaşacaq.
Yanvarın 19-da cənubluları “Rapid”lə (Moldova) oyun gözləyir. Ayın 22-də Ukraynanın “Krivbass” klubu ilə görüş baş tutacaq. Yanvarın 30-d da Çexiya “Pribram”ı ilə qarşılaşma nəzərdə tutulub.
Digər iki rəqibin kimliyinə isə bundan sonra aydınlıq gələcək. Son qarşılaşma fevralın 2-də keçirilməlidi.
