26 dekabr 2012 18:32
Karles Bakes Xəzər Lənkərana nə vaxt qayıdacaq?
Məlum olduğu kimi, hazırda Premyer Liqamızın digər klubları kimi “Xəzər Lənkəran” da istirahətdədi. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin ispaniyalı baş məşqçisi Karles Bakes də yaranan qış fasiləsindən istifadə edərək vətəninə yollanıb.
O, Lənkərana yalnız gələn ilin yanvar ayının 10-da qayıdacaq. Bu müddət ərzində Bakes İspaniyada istirahətlə məşğul olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” yanvarın 13-dən fevralın 5-dək Antalyada hazırlıq keçəcək.
