26 dekabr 2012 11:28
Nizami Hacıyev: İnter məni Poqona buraxmalıdı, ora pula görə getmirəm
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Neftçi” ilə oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyun haqda nə deyə bilərsiz?
- İki xal itirməyimizə baxmayaraq, son çempionla heç-heçəni yaxşı nəticə hesab edirəm. Amma ilin son oyununda qələbə qazanmağı daha çox istəyirdik. Həmçinin ilk pilləni əldən vermək istəmirdik. Buna da nail olduq.

- Son 20 dəqiqədə tam olaraq üstünlüyü ələ almışdınız və rəqibdən daha üstün təsir bağışlayırdınız. Nə baş vermişdi? “Neftçi”yə bunu heç Milan “İnter”i də yaşada bilməmişdi...
- (gülür) Bu, əsl həmlə idi. Qol vurmaq lazım idi. Lakin xeyli qol vəziyyəti yaratsaq da, qələbə topunu vura bilmədik.
- Polşa “Poqon”una keçidinizlə bağlı nə yenilik var?
- Təəssüf ki, heç bir yenilik yoxdu. “İnter” mənə görə kompensasiya tələb edir. Polşalılar isə heç nə ödəmək istəmirlər.
- Təəssüf ki, heç bir yenilik yoxdu. “İnter” mənə görə kompensasiya tələb edir. Polşalılar isə heç nə ödəmək istəmirlər.
- Axı “İnter”in tələb etdiyi məbləğ elə də çox deyil. Bəlkə onlar sizin xidmətinizdə elə də ciddi maraqlı deyillər?
- Mən belə düşünmürəm. Azərbaycan futbolunu da düşünmək lazımdı.
- “İnter”in prezidenti ilə söhbət etmisiz?
- Məndən iki klubun işlərinə qarışmamaq xahiş olunub. Əgər belə davam etsə, Bakıda qalmalı olacağam. Müqaviləmin sonuna qədər “İnter”də çıxış edəcəm. Bu anlaşmanın da müddəti mövsümün sonunda bitəcək.
- “İnter” qış çempionu oldu, qızıl medallara da əsas namizəddi. Amma siz bu klubdan getməyə hazırlaşırsız...
- Bəli. Komandada keçirdiyim müddətdə “İnter”in uğurları üçün əlimdən gələni etmişəm. Mənə elə gəlir ki, artıq xaricə getmək vaxtı gəlib çatıb. Ona görə də klub məni buraxmalıdı. Ancaq pulu düşünmək olmaz. Mən yalnız öz gələcək karyeramı fikirləşirəm. Əgər “Poqon”a keçsəm, “İnter”də qazandığımdan iki dəfə az məbləğ alacağam.
- Sizcə, bu, azərbaycanlı futbolçuların da yolunu aça bilər?
- Mən futbol oynamaq istəyirəm. Heç vaxt pulu düşünməmişəm və onun arxasınca qaçmamışam. Bilirəm ki, özümü yaxşı tərəfdən göstərə bilsəm, Almaniya, İspaniya klublarından da təklif ala bilərəm. İnkişaf etmək istəyirəm, yüksək səviyyəli çempionatlarda top qovmağı arzulayıram. Niyə də buna nail olmamalıyam? Kimdənsə pis deyilə. Azərbaycan futbolunda xaricdə oynayacaq futbolçu az deyil.