26 dekabr 2012 12:09
Neftçinin müdafiəçisi Al Taavona keçir
“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə bu qış komandadan ayrıla bilər. Azerisport.az saytına müsahibəsində futbolçu özü də təsdiqləyib.
Elvinin sözlərinə görə, onun xidmətində “Al Taavon” (Birləşmiş Ərəb Əmirlikləri) klubu maraqlıdı. Qeyd edək ki, bu komandanı “Bakı”nın sabiq baş məşqçisi Qyoko Haciyevski çalışdırır. Elə Elvini də məhz makedoniyalı mütəxəssis öz komandasında görmək istəyir. Mümkündü ki, yanvar ayında Yunuszadə Birləşmiş Ərəb Əmirliklərinə yola düşsün və dərhal da müqavilə bağlasın.
Futbolçu özü “Al Taavon”a keçməkdə maraqlıdı. Lakin klub rəhbərliyinin bu transferə razılıq verib-verməyəcəyi hələ bəlli deyil.
